YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Astara rayon təşkilatının təbliğatçıları rayonun Siyaku kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Bu gün təbliğat-təşviqat qrupunun üzvləri Astara rayonunun Siyaku kəndində seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq son 15 ildə Prezident İlham Əliyevin rəhbərliy ilə qazanılan nailiyyətlərdən bəhs edib. O , gələcək inkişaf naminə 11 aprel seçkilərində seçiciləri cənab İlham Əliyevə səs verəmyə çağırıb.

Görüşdə rayon ağsaqqallarından Hamlet Əliyev, Seyran Babayev, YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazov və başqaları çıxış edərək cənab İlham Əliyevin xalqın alternativsiz namizədi olduğunu vurğulayıblar.

Görüşdə iştirak edən seçicilər prezident seçkilərində  yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərinin bildiriblər.