YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bertan Zaroğlu: Əminəm ki, 11 aprel seçkiləri şəffaf və demokratik şəraitdə keçəcək

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin inkişafının davamı olacaq.

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin üzvü Bertan Zaroğlu sechkı-2018.az saytına açıqlamasında belə deyib.

O qeyd edib ki, bu gün Azərbaycan türk dünyasının ən inkişaf etmiş ölkələrindəndir. Azərbaycanın tutduğu düzgün yol, qazandığı böyük nailiyyətlər türk dünyası üçün böyük bir önəm daşıyır. “Mən Azərbaycanı öz vətənim hesab edirəm. Bu ölkədə keçirilən seçkilər başda olmaqla, bütün siyasi prosesləri hər zaman izləyirəm. Bu günə qədər Azərbaycanda formalaşan uğurlu seçki təcrübəsinə əsaslanaraq inamla deyə bilərəm ki, 11 aprel seçkiləri də şəffaf və demokratik şəraitdə keçəcək”, - deyə B.Zaroğlu bildirib.