YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi iştirak edəcək

İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.