YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirlilər Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklər!

 

Şəmkir rayonunda 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start verilib.  Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunda seçicilərlə ilk görüş keçirilib.

Görüşü YAP Şəmkir rayon rəşkilatının sədri Fəxrəddin Vəliyev açaraq  deyib ki, xalqımız üçün böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də 11aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləridir. “Bu seçkilərin də mütəşəkkil, azad və ədalətli, demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlar səfərbər edilib. Təbii ki, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm hadisə, demokratiyanın təzahürüdür. Demokratik prinsiplərin inkişafına xüsusi önəm verilən respublikamızda da seçkilərin şəffaf keçirilməsi ilə bağlı kifayət qədər təcrübə qazanılıb”.

Sonra F.Vəliyev Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən müddətdə qazanılmış əzəmətli uğurlardan danışıb. O, əmin olduğunu bildirib ki, xalqımızın mütləq əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində ən doğru seçim edərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklər! 

Tədbir geniş konsert proqramı ilə davam etdirilib.