YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatı seçkilərə yüksək əhval – ruhiyyə ilə başladı

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, Prezident seçkisində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb.

«İlhamla irəli» devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Füzuli rayon  şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar 19 mart 2018-ci il tarixdə rayonun bütün seçki məntəqələrində Prezident seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb.

 YAP Füzuli  rayon təşkilatının sədri Almaz Həşimova bildirdi ki, şəhər  təşkilatının fəalları seçki plakatlarının seçki lövhələrinə yerləşdirilməsini az bir vaxtda və qanunuyğun şəkildə həyata keçirmişlər.

Almaz Həşimovanın sözlərinə görə, füzulilər 11 aprel Prezident seçkilərində Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Ona görə ki, xalqımız Prezidentin 14 illik fəaliyyətini yüksək qiymətləndirir. Məhz onun qətiyyətli siyasi fəaaliyyəti nəticəsində Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə güc və söz sahibi olub.