YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasına uğurlu start verib

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başlayıb. Kampaniyaya “İlhamla irəli” devizi altında plakatların təbliğat lövhələrində yapışdırlması ilə start verilib. Prezident seçkiləri üzrə təşviqat qurupunun üzvləri və fəal gənclər kampaniyanın uğurla həyata keçirilməsi üçün xüsusi fəallıq göstərirlər. Rayon təşkilatının üzvləri bütün seçkilərdə olduğu kimi bu seçkidə də Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına inanırlar.