YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatı tərəfindən təbliğat – təşviqat işləri yüksək səviyyədə təşkil olunub

Martın 19-da 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin təbliğat – təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat – təşviqat tədbirləri çərçivəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə vurulması prosesini  başa çatdırıb.

YAP İsmayıllı rayon təşkilatı tərəfindən təbliğat – təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.