YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocalı rayon təşkilatının üzvləri təbliğat-təşviqat kampaniyasının ilk günündə yüksək fəallıq nümayiş etdiriblər

Azərbaycanda cari il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı mühüm mərhələ başlayıb. Belə ki, Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanılıb. Həmişə olduğu kimi, təbliğat-təşviqat kampaniyasında da Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının üzvləri böyük fəallıq nümayiş etdirirlər. Bu baxımdan YAP Xocalı rayon təşkilatı da istisna təşkil etmir. Təbliğat-təşviqat kampaniyasının elə ilk günündən rayon təşkilatı YAP Mərkəti Seçki Qərargahının Xocalı rayon şöbəsi ilə birlikdə nəzərdə tutulan işlərin icrasına start verib.

YAP-ın Xocalı rayon təşkilatı seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı öz işini Seçki Məcəlləsinin tələblərinə uyğun qurub. Rayon təşkilatının fəalları səhər saatlarından etibarən namizədliyi YAP tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təşviqat plakatlarını 124  saylı  Şuşa-Ağdam-Xocalı-Xocavənd  Seçki  Dairəsinin  11, 20, 25, 28  saylı  seçki  məntəqələrinin ərazilərində quraşdırılmış lövhələrə yapışdırmağa başlayıblar. Plakatların yapışdırılmasında gənclərin fəallığını xüsusi qeyd etmək lazımdır.

YAP Xocalı rayon təşkilatından verilən məlumatda bildirilir ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı, açıq və qapalı yerlərdə seçicilərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub.