YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şuşa rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına fəal başlayıb

Yeni Azərbaycan Partiyasının bütün şəhər və rayon təşkilatlarında olduğu kimi, Şuşa rayon təşkilatının təmsilçiləri də ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı başlanan təbliğat-təşviqat kampaniyasının ilk günündə yüksək fəallıq nümayiş etdiriblər. Sübh saatlarından YAP Mərkəzi Seçki Qərargahının Şuşa rayon şöbəsində böyük qələbəlik yaşanıb. Bura gələn rayon təşkilatının fəalları namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat materiallarını götürərək müvafiq seçki məntəqələrinin ərazilərindəki lövhələrə yapışdırıblar.

YAP Şuşa rayon təşkilatından verilən məlumatda bildirilir ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası dövründə görüləcək işlər əvvəlcədən müəyyənləşdirilib. Ayrı-ayrı seçki məntəqələri üzrə hər gün bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Bildirilir ki, YAP Mərkəzi Seçki Qərargahının Şuşa rayon şöbəsində fəal gənclər, ağsaqqallar və ziyalılar yer alırlar.