YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasına uğurla başlayıb

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat prosesinə uğurla start verib.

Rayon təşkilatının sədri Fəqət Şadlinskayanın verdiyi məlumata görə, Bərdə rayonunda iki seçki dairəsi yerləşir: 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri. Bu dairələr üzrə rayonda 88816 seçici səsvermə prosesində iştirak edəcək.

Onun sözlərinə görə, Bərdə rayonunda seçki prosesi qanuna müvafiq şəkildə uğurla davam etdirilir. Martın 19-da  YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvlərinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat plakatları rayonun 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələrinin əhatə etdiyi 104 məntəqənin ərazisində olan xüsusi təbliğat lövhələrinə vurulub. Bu işdə YAP Bərdə rayon təşkilatının üzvləri fəal iştirak ediblər.