YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurlu start verib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında yaradılan Seçki Qərargahı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurlu start verib. Seçki Qərargahın üzvləri və partiya fəalları səhər saatlarından etibarən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat xarakterli seçki plakatlarını qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən  müəyyən edilmiş ünvanlarda yerləşdirilməsinə başlayıb.

Kampaniya ərzində həmçinin seçki qanunvericiliyinə müvafiq şəkildə müəyyənləşdirilmiş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.