YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Siyəzən rayon təşkilatı təbliğat prosesinə uğurla start verib

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı martın 19-da səhər saat 8:00-dan başlayaraq Azərbaycan Respublikasının Prezidentliyinə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki plakatlarının müəyyən olunmuş ərazilərdə yerləşdirilməsinə başlanılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Siyəzən rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib.

Onu da bildirək ki, kampaniyada YAP Siyəzən rayon təşkilatının fəalları böyük ruh yüksəkliyi ilə iştirak edirlər.