YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: OPEC+ sazişi ölkələrin iqtisadi vəziyyətinin stabilləşməsinə xidmət edib

Neft hasilatının həcminin azaldılması ilə bağlı OPEC+ sazişi ölkələrin iqtisadi vəziyyətinin stabilləşməsinə xidmət edib.

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan ilə OPEC arasında sıx əməkdaşlığın mövcud olduğunu xatırladan nazir bildirib ki, bu əməkdaşlıq OPEC+ formatında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə neftin qiymətinin müəyyən qədər artması, ən əsası isə sabitləşməsi və neft bazarının tarazlaşdırılması əldə olunub. Bütün bunlar dünyada baş verən iqtisadi proseslərin daha da sabit formada həyata keçirilməsinə, ölkələrin iqtisadi vəziyyətinin stabilləşməsinə xidmət edib.

“Bu gün M.Barkindo ilə bu təşəbbüsün gələcəkdə də həyata keçirilməsi, bundan sonra da qüvvədə qalması üçün müəyyən platformaların yaradılması və bu istiqamətdə digər ölkələrlə də gələcəkdə məsləhətləşmələrin aparılması və lazımi qərarların verilməsi haqqında geniş fikir mübadiləsi aparmışıq”, - deyə nazir P.Şahbazov bildirib.