YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatı “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyasına start verdi

YAP Beyləqan rayon təşkilatı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin növbəti və mühüm mərhələsinə-təbliğat-təşviqat kampaniyasına uğurla start verdi.

Belə ki, rayon  təşkilatının nəzdində yaradılmış seçki qərargahı seçki kampaniyasının  bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırmaqla martın 19-dan səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə  müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən  müəyyən edilmiş ünvanlarda yerləşdirilməsini artıq başa çatdırmışdır.

 YAP Beyləqan rayon  təşkilatının sədri Rəfael Pəsiyev bildirdi ki, rayon təşkilatının fəalları seçki plakatlarının seçki lövhələrinə yerləşdirilməsini az bir vaxtda və qanunuyğun şəkildə həyata keçirmişlər. Beyləqan rayon sakinləri YAP-ın təbliğat və təşviqat kampaniyasında iştirak edən fəallara dəstək olaraq bu işdə yaxından iştirak etmişlər.

Rəfael Pəsiyevin sözlərinə görə,  beyləqanlılar 11 aprel Prezident seçkilərində Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Çünki cənab Prezident son 14 ildə Azərbaycan Respublikasının inkişafı, vətəndaşların sosial-rifah halının yuksəldilməsi istiqamətində çox böyük işlər həyata keçirib. Məhz bu səbəbdən də beyləqanlılar dövlətimizin daha da inkişafı üçün yenidən Prezident İlham Əliyevə etimad göstərəcəklər.