YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatı təbliğat prosesinə uğurla start verib

Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı martın 19-da səhər saat 8:00-dan başlayaraq Azərbaycan Respublikasının Prezidentliyinə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki plakatlarının müəyyən olunmuş ərazilərdə yerləşdirilməsinə  başlanılıb.

 Bu məqsədlə rayonun 3 seçki dairəsinin əhatə etdiyi ərazilərdə gənclərdən və partiya fəallarından ibarət ayrıca qruplar yaradılıb və həmin qruplar işin icrasına başlayıblar. Cəlilabad rayonunun 87 seçki məntəqəsinin əhatə etdiyi bütün yaşayış məntəqələrində həmin tədbir yüksək siyasi fəallıq şəraitində davam etdirilir və seçicilər tərəfindən rəğbətlə qarşılanır.