YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya parlamentinin üzvü: Bakıda I Avropa Oyunları təsiredici hadisə olacaq

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları təsiredici hadisə olacaq. Bunu Trend-ə müsahibəsində Böyük Britaniya parlamentinin deputatı Toni Boldri deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları kimi idman tədbirləri bir çox insanı birləşdirən fantastik idman festivalı sayılır: "Əminəm ki, Bakıda keçiriləcək I Avropa Oyunları təsiredici hadisə olacaq. Biz səbirsizliklə yarışların başlamasını gözləyirik".

T.Boldri vurğulayıb ki, Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq miqyaslı tədbirləri layiqli şəkildə təşkil etmək bacarığını əyani surətdə göstərdi.

London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad hesab edir ki, Azərbaycanın Bakıda I Avropa Oyunlarını keçirmək hüququ əldə etməsi ölkənin böyük uğurudur.

O, müsahibəsində bildirib ki, belə irimiqyaslı idman tədbirlərinin keçirilməsi təkcə insanları bir araya gətirməyə deyil, həm də ölkənin müsbət imicini formalaşdırmağa kömək edir: "Azərbaycan dünyaya səmimiliyini və qonaqpərvərliyini nümayiş etdirməyi artıq bacarıb".

Rektorun sözlərinə görə, Azərbaycan təhlükəsiz ölkədir: "Biz burada özümüzü təhlükəsiz hiss edirik. Hətta Londonda belə, özümüzü buradakı kimi təhlükəsiz hiss etmirik".