YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Daşkəsən rayon təşkilatının Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb

Yeni Azərbaycn Partiyasının Daşkəsən rayon təşkilatının Seçki Qərargahı da 11 apler 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb. Kampaniyaya bütün daşkəsənlilər böyük həvəs və coşqu ilə qoşulublar. Səhər saatlarından etibarən rayon təşkilatının Seçki qərargahının üzvləri və gənc fəallar rayonun əhatə etdiyi müvafiq Seçki Dairələri üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını asmağa başlayıblar. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur. Daşkəsənlilər əminliklə bildirirlər ki, bu seçkilərdə də onlar xalqımızın alternativsiz seçimi, YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.