YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar təbliğat – təşviqat kampaniyasına start verdi

2018-ci ilin 11 aprel  tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 19 mart 2018-ci il tarixində  təbliğat – təşviqat kampaniyasına start verilib.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi təşviqat kampaniyasına uğurla qoşulub. Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını 10 seçki məntəqəsinin yerləşdiyi ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asıblar. Bu prosesə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin 50 nəfərdən ibarət 5 qrup cəlb olunub. 

Partiyanın Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.