YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatı seçkilərə yüksək əhval – ruhiyyə ilə başladı

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, Prezident seçkisində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb.

"İlhamla irəli" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdam  rayon şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar 19 mart 2018-ci il tarixdə rayonun 4 seçki dairəsinin 129 seçki məntəqəsində Prezident seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb.