YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda “İlhamla irəli” şüarı ilə Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verildi

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu gündən Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi.

İlk olaraq partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəallarından təşkil olunmuş qruplar rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə prezidentliyə namizəd cənab İlham Əliyevin təşviqat materiallarını yerləşdiriblər. Bu kampaniya rayon ərazisində səhər saatlarında uğurla başa çatıb.

Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcək.