YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana təzyiq göstərməyə çalışır

“Avropa Parlamentində Azərbaycanla bağlı heç bir fakta söykənməyən, ölkə reallıqlarını əks etdirməyən məsələlərin müzakirəyə çıxarılması dərin təəssüf hissi yaradır. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi etdiyi, strateji əhəmiyyətli mühüm layihələri gerçəkləşdirdiyi ərəfələrdə zaman-zaman ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların şahidi olmuşuq. Bu, özlüyündə təqdir olunmur, çünki Azərbaycan hazırda regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əhəmiyyətli töhfələr verən siyasət həyata keçirir, beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik ölkə kimi tanınır”. Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışır: “Qətnamə layihəsinin formatına, orada əks olunan məsələlərə, ifadə olunan nəticəyə və digər mqamlara nəzər saldıqda görünür ki, bu layihə anti-Azərbaycan dairələrin sifarişi əsasında hazırlanıb. Ona görə də Azərbaycandakı vəziyyəti əks etdirməyən bu layihə tamamilə qərəzli və qeyri-obyektivdir”.