YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb

Martın 14-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıblar.

Anlaşma Memorandumunda iqtisadiyyat, ticarət, sahibkarlıq, sənaye, kənd təsərrüfatı, bankçılıq, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, gömrük və sərhəd, su və ətraf mühit, idman və gənclər, elm və təhsil, səhiyyə, mədəniyyət və turizm və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Sənəddə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığı bir daha vurğulanıb, hər iki ölkənin fiziki və hüquqi şəxslərinin fəaliyyətlərini bu prinsiplərə və milli qanunvericiliyə uyğun olaraq təmin etməsi əksini tapıb.