YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Kumsişvili: Azərbaycanda çox mühüm məsələləri müzakirə etdik

Azərbaycan bizim dostumuz və strateji tərəfdaşımızdır. Bu günlərdə Azərbaycana səfərimiz çox məhsuldar oldu və biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsi və inkişafı baxımından çox mühüm məsələləri müzakirə etdik. Bu məsələlər təkcə region üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hökumət başçısı Georgi Kumsişvilinin Azərbaycana səfərinin nəticələrini şərh edərkən bildirib.

D.Kumsişvili deyib: “Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə olduqca məhsuldar görüşlərimiz oldu. Bu görüşlərdə qlobal enerji, nəqliyyat və infrastruktur layihələri, regional və qlobal təhlükəsizlik məsələləri barədə səmərəli danışıqlar apardıq. Nəticələr çox müsbətdir və mən bu səfəri tarixi səfər adlandırıram. Səfərin müsbət nəticələrini çox yaxın vaxtlarda görəcəyik.