YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yan van Bilsen: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda islahatları dəstəkləməkdə davam edəcək

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb olunması məqsədilə islahatları dəstəkləməkdə davam edəcək.

Bunu Trend-ə müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional direktoru Yan van Bilsen deyib.

O bildirib: “Uzun illər ərzində IFC-nin investisiyaları özəl sektorun inkişafına yönəlmiş məşvərət layihələri ilə tamamlanırdı. Bu layihələr investisiya islahatlarının dəstəklənməsi ilə yanaşı müxtəlif sahələrdə bank sektorunun potensialının möhkəmlənməsinə xidmət edib. Hökumət tərəfindən biznes mühitin yaxşılaşdırılması üzrə tədbirlərin genişləndirilməsinə cavab olaraq IFC və Dünya Bankı qrupu investisiya islahatlarının dəstəklənməsini davam etdirməyə çalışır”.

Onun sözlərinə görə, IFC həmçinin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində pilot layihələrin hazırlanması sahəsində hökumətə dəstəyini davam etdirmək niyyətindədir.

Y.van Bilsen vurğulayıb ki, Azərbaycanı qlobal istehsal-istehlak zəncirinə inteqrasiya etmək üçün ticarət prosedurlarının və investisiya iqliminin yaxşılaşmasına yönəlmiş islahatları davam etdirmək lazımdır:

“Buraya bütün investorlar üçün bərabər şərtlərin yaradılması, normativ bazanın sadələşdirilməsi və vergi, ədliyyə və maliyyə sahələrində islahatların dərinləşdirilməsi daxildir”.