YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan regionun lider dövləti olaraq qlobal təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır

«Azərbaycanın iştirakı ilə regional və qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması həyata keçirilən uğurlu xarici siyasətin nəticələridir». Bu fikri Milli Məclisin deputatı Sahibə Qafarova  deyib.

S.Qafarova bildirib ki, ölkəmiz qlobal xarakterli məsələlərin həllində də aktiv iştirak edir. Onun sözlərinə görə, bu amil Azərbaycanın beynəlxalq nüfuza sahib olması gerçəkliyini nümayiş etdirir.

«Ölkəmiz, həmçinin, beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarıdır. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir»-deyə, S.Qafarova vurğulayıb.