YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Etihad Airways” Əbu-Dabidən Qəbələ və Naxçıvana aviareyslər açmaq niyyətindədir

“Etihad Airways” avişirkəti Qəbələ və Naxçıvana aviareyslər açmaqla Azərbaycana uçuş coğrafiyasını genişləndirə bilər.

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Qeyd edək ki, AZAL və “Etihad Airways” arasındakı razılaşmaya əsasən, ilk dəfə olaraq Əbu-Dabi – Bakı – Əbu-Dabi marşrutu üzrə birgə reyslərin həyata keçirilməsinə başlayıb. Uçuşlar hər həftə çərşənbə, cümə və şənbə günləri həyata keçiriləcək.

Birinci reys xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən gəlib.

N.Bağırov qeyd edib ki, aviareysin açılması BƏƏ və digər ərəb ölkələrindən turist axınına müsbət təsir göstərəcək.