YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Fevralın 23-də Milli Məclisin növbəti iclası keçirilir.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Sonra deputatlar Miqrasiya, İnzibati Xətalar məcəllələrində, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər. İclasda, həmçinin “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri müzakirə olunacaq.