YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycanda səhiyyənin səviyyəsi yüksək standartlara cavab verir

«Bu gün Azərbaycanda səhiyyənin  səviyyəsi yüksək standartlara cavab verir». Bu fikri Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində digər sahələrdə olduğu kimi səhiyyədə də ciddi inkişaf müşahidə olunur. Onun sözlərinə görə, son illər ölkədə yüzlərlə tibb ocağının tikilib istifadəyə verilməsi buna sübutdur.

«Bu tibb müəssisələri müasir avadanlıqlarla təhciz olunur. Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Təbii ki, belə bir şəraitdə yüksək kadrların da hazırlanması aktual məsələdir. Sevindiricidir ki, bu baxımdan Tibb Universiteti yüksək nəticələr əldə edir. Ali məktəbimizdə yüksək kadrlar yetişir. Qəbul imtahanlarında da ən yüksək bal toplayan gənclərin əksəriyyəti universitetimizi seçirlər. Belə ki,   2014/2015-ci tədris ilində ATU-ya 1022 nəfər qəbul olunub. Bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplamış 366 nəfər, 700 bal toplamış 2 nəfər ATU-da təhsil alacaq. Prezident təqaüdçülərinin sayı isə 25 nəfərdir. Təbii ki, bu tələbələr gələcəyin peşəkar kadrlarıdır»- deyə, Ə.Əmiraslanov vurğulayıb.