YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatı seçici imzalarının toplanması uğurla həyata keçirib

11 Aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədi ilə Qazax rayonu üzrə seçici imzalarının toplanması prosesi uğurla həyata keçirilib. Bununla bağlı YAP Qazax rayon təşkilatında 15 nəfərdən ibarət Seçki Qərargahı, 12 nəfərdən ibarət imzatoplayan qrup yaradılıb. İmzalar Qazax rayonu ərazisini əhatə edən 106 saylı  Tovuz-Qazax-Ağstafa və 107 saylı Qazax DSK-lar üzrə toplanıb.

Qeyd edək ki, Qazax rayonunda imzatoplama perosesi 3 gün müddətində davam edib.