YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Yerli məhsulların daxili və xarici bazarlara çıxarılması istiqamətində vacib addımlar atılır

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edilib». Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadi inkişafda mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla davam etdirilir.

«Bu qabaqcıl mexanizmlərin tətbiqinin mühüm üstünlükləri var. Regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı xüsusi diqqət mərkəzindədir. Eyni zamanda, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması, yerli məhsulların  daxili və xarici bazarlara çıxarılması istiqamətində də vacib addımlar atılır»-deyə, nazir müavini vurğulayıb.