YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT Parlament Assambleyasının payız sessiyasında əsas diqqət təhlükəsizlik məsələlərinə yönələcək

Oktyabrın 3-dən 5-dək İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək.

Qurumun rəsmi saytında yerləşdirilmiş məlumata görə, sessiya çərçivəsində Assambleyanın konfransı, Aralıq dənizi Forumu və daimi komitənin iclasları keçiriləcək.

“Yeni təhlükəsizlik çağırışları: parlamentlərin rolu” devizi altında keçiriləcək konfrans çərçivəsində ATƏT-in təhlükəsizliyin ölçülərini əhatə edən hər üç komitəsinin iclaslarının keçirilməsi nəzərdə tutulur.

Parlamentlərarası dialoqun inkişaf etdirilməsinə xidmət edən payız sessiyası ATƏT-in vəzifələri ilə bağlı aktual mövzulara dair mühüm forumdur.

 

 

DİGƏR Xəbərlər Arxiv