YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir

Pirallahı rayonunda 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında partiyadan namizədliyi irəli sürülmüş ölkə Prezidenti cənab İlham Əliyevin seçkiqabağı kampaniyasına dəstək məqsədilə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi yaradılıb.

YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi  və partiyanın rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, YAP Pirallahı rayon təşkilatının fəalları ilə görüşlər təşkil edilib, imza toplayacaq şəxslərlə treninqlər keçirilib.

YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir. Ümumilikdə rayon üzrə 350 imza toplamaq üçün 7 nəfər YAP üzvü kampaniyaya cəlb olunub.

DİGƏR Xəbərlər Arxiv