YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda konfrans keçirilib

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilib.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb.

Daha sonra tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Keri, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və başqaları çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv