YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: 20 illiyini qeyd edəcəyimiz «Ərin müqaviləsi»nin tariximizdə böyük əhəmiyyəti var

«Bu il 20 illiyini qeyd edəcəyimiz «Ərin müqaviləsi»nin tariximizdə böyük əhəmiyyəti var. Bu  müqavilənin Azərbaycan iqtisadiyyatının təməl daşlarından biri olduğunu cəsarətlə söyləyə bilərik». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki,  “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın çox sürətli inkişafı başladı. Onun sözlərinə görə, ölkəmizin iqtisadi potensialının əsası məhz bu müqavilə ilə bağlıdır.

« “Əsrin müqaviləsi”nin geopolitik, siyasi və tarixi əhəmiyyəti ilə yanaşı, Azərbaycan dövlətçiliyinin inkişafında böyük rolu oldu. Həmçinin, dövlət müstəqilliyinə zərər vurmaq istəyən qüvvələrin də qarşısı alındı. Bu siyasətin uğurla davam etməsi Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi. Artıq ölkəmizin iştirakı olmadan demək olar ki, Qafqazda heç bir böyük layihə həyata keçirilmir və planlaşdırılmır. Bu müqavilə Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir. Cənab Prezident İlham Əliyevin də bu siyasəti müvəffəqiyyətlə davam etdirməsi Azərbaycanın gücünü daha da artırır və ölkəmizi enerji mərkəzlərindən birinə çevirir»- deyə, komitə sədrinin müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv