YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin perspektivləri müzakirə olunmuşdur

Aprelin 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Söhbət zamanı siyasi, iqtisadi, ticarət və sərmayə qoyuluşu sahələrində ikitərəfli əlaqələrin inkişafı etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.