YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: İqtisadiyyat Nazirliyi pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər

İqtisadiyyat Nazirliyi pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

O bildirib ki, hazırda ixracın artırılması üçün kompleks tədbirlər görülür. İxracın inkişafı üçün yüksəkkeyfiyyətli məhsulların istehsal edilməsi vacibdir. Həmçinin nazir qeyd edib ki, hazırda Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi istiqamətində də işlər aparılır.