YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak sentyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Baş nazir daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Baş nazir Mohammad Najib Tun Abdul Razak “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Malayziyanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.