YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Həmsədrlərin hər dəfə turist kimi səfər etmələri Azərbaycan cəmiyyətində etirazla qarşılanır

«Həmsədrlər elə təklif irəli sürə bilər ki, işğalçı dövlət bu təkliflərin qarşısında məcbur olaraq konstruktiv mövqeyə gələ bilər. Təbii ki, burada yenə də əsas məsuliyyət həmsədrlərin üzərinə düşür». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, həmsədrlərin hər dəfə turist kimi səfər etmələri Azərbaycan cəmiyyətində etirazla qarşılanır. Onun sözlərinə görə, həmsədrlər əməli addımlar atmalıdırlar.   

«Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı birmənalı mövqe bildirib ki, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, substantiv danışıqların zamanı çatıb. Bu baxımdan Azərbaycan daha konkret məsələlərin işlənib hazırlanması, təkliflər gözləyir. Ona görə də, həmsədrlər konkret fəaliyyət göstərməli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün işğalçıya təzyiqlər göstərməlidir»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.