YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Davosda aparılan danışıqlar Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır

«Dünya İqtisadi Forumu beynəlxalq müstəvidə ən mötəbər tədbirlərdən biri hesab olunur». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, ölkəmiz bu Forumda ən yüksək səviyyədə təmsil olunur. Onun sözlərinə görə, bu faktor Azərbaycana dividentlər qazzandırır.

«Dünyada baş verən iqtisadi və digər məsələlər var ki, həmin forumda müzakirə olunur . Forumda Azərbaycanın nailiyyətləri çox yüksək qiymətləndirilib və bu forumda cənab Prezident bir sıra ölkələrin və beynəlxalq korporasiyaların rəhbərləri ilə çoxsaylı görüş keçirib. Belə görüşlərin keçirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir. eləcə də, aparılan danışıqlar Azərbaycan iqtisadiyatının daha da gücləndirilməsi, ölkəmizə yeni investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıyır»-deyə, X.Kazımlı qeyd edib.