YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsinə dair Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən İqtisadiyyat Nazirliyinin balansından iki, Kənd Təsərrüfatı Nazirliyinin balansından səkkiz, Səhiyyə Nazirliyinin balansından bir laboratoriya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilir.

Nazirlər Kabinetinə və Qida Təhlükəsizliyi Agentliyinə bu Sərəncamdan irəli gələn vəzifələrin həll edilməsi tapşırılıb.

 

DİGƏR Xəbərlər Arxiv