YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın qış sessiyası işə başlayıb

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.

Avropa Şurası Parlament Assambleyası qış sessiyası çərçivəsində Avstriya və Ermənistanın prezidentlərinin, eləcə də Danimarka Baş nazirinin çıxışları gözlənilir.

Sessiya çərçivəsində AŞPA-nın yeni sədri və İnsan Hüquqları üzrə Komissarı seçiləcək.

Sessiyanın gündəliyinə futbolda və müasir idmanda yaxşı idarəçilik, Ukrayna müharibəsinin humanitar nəticələri, vətəndaşların baza gəlirləri, regional dillərin və azlıqların dillərinin müdafiəsi ilə bağlı məsələlərin, həmçinin Bosniya Herseqovinanın Avropa Şurasında öhdəliklərini yerinə yetirməsi ilə bağlı son monitorinqin nəticələrinin müzakirəsi daxildir.

Danimarkanın Baş naziri ölkəsinin qarşıdan gələn 6 ay ərzində sədrlik edəcəyi qurumun Nazirlər Komitəsindəki fəaliyyət planını təqdim edəcək və müvafiq sualları cavablandıracaq. Sessiyada Avropa Şurasının baş katibinin və İnsan Hüquqları üzrə Komissarının illik hesabatları dinləniləcək.

Qış sessiyasının təcili debatlarına üç məsələ təqdim olunub. Bunlar “İsrail-Fələstin sülh prosesi və Avropanın rolu”, “Avropada artan antisemitizm”, “İslamofobiya və ksenofobiya” adlı mövzulardır.