YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixi önəm kəsb edir

«Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixi önəm kəsb edir». Bu fikri AMEA-nın Tarix İnstitunun direktoru, Milli Məclisin Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki,  ermənilər 1918-ci ildə Azərbacanda tək azərbaycanlılara yox, bütövlükdə insanlığa qarşı dəhşətli cinayətlər törədiblər. Onun sözlərinə görə, daşnak dəstələri Bakının  bütün müsəlman  məhəllələrinə  hücum edərək, kiçikli-böyüklü silahsız əhalini məhv ediblər.

«Dövlət başçısının sərəncamında qeyd olunduğu kimi, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Ümumiyyətlə, heç bir dövrdə insanları bu cür qəddarcasına və amansız metodlarla öldürməyiblər. Azərbaycanda törədilən soyqırımları haqda ayrı-ayrı kitablar nəşr olunub. Ermənilər Cənubi Qafqaza köçürülüb, indiki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Tarixinə sahib çıxmayan xalqlar məhvə məhkumdur. Bizim heç kimə qarşı ərazi iddialarımız yoxdur. Biz öz tariximizə sahib çıxmaq istəyirik. Dövlət başçısının sərəncamı tariximizə sahib çıxmaq və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir»-deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv