YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan öz gücünə torpaqlarımızı işğaldan azad etməyə qadirdir

«Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirak ilə görüşü danışıqlar prosesi üçün normaldır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E. Məmmədov bildirib ki, hazırda münaqişənin həlli sitiqamətində heç bir irəliləyiş yoxdur. Onun sözlərinə görə, bu görüş problemin həllinə təsir göstərməyəcək.

«Azərbaycan öz gücünə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri bunu sübut etdi. Sadəcə, Azərbaycan qan tökülməsini istəmir, sülh yolunun tərəfdarıdır. Təəssüf ki, beynəlxalq müstəvidə ikili standartların mövcudluğu münaqişənin ədalətli həllinə imkan vermir. Amma Azərbaycan bu məsələdə prinsipial mövqeyini dəfələrlə bəyan edib və ərazi bütövlüyü danışıqlar mövzusu deyil»-deyə, deputat vurğulayıb.