YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azərbaycanla Bolqarıstan digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər

Azərbaycanla Bolqarıstan digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 15-də Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Əlbəttə ki, bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları var. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulub. Bu layihənin icrası da 90 faizə çatıb. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir”, - deyə dövlətimizin başçısı qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv