YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Səhiyyə sahəsində həyata keçirilən islahatlar uğurlu nəticələr verməkdədir

«Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar uğurlu nəticələr verməkdədir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, səhiyyə sahəsində aparılan islahatlar sırasında icbari tibbi sığorta sisteminin tətbiqi istqamətində görülən işlər də mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələr uğurla həyata keçirilir.

«Növbəti mərhələdə hökumət tərəfindən icbari tibbi sığortanın daha geniş miqyasda tətbiq olunması ilə bağlı müvafiq qərar qəbul edilməsi nəzərdə tutulur. Hazırda isə bu sahədə irəliyə doğru addımlar atılmaqdadır. Nəzərdə tutulur ki, icbari tibbi sığorta xidmətinin sferası daha da genişlənsin. Ötən il icbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda pilot layihələrin həyata keçirilməsinə başlandı. Təmsil olunduğum Yevlax rayonunda əhali bu layihələrdən çox səmərəli sitifadə edib və bu layihəni dəstəkləyir. İnanırıq ki, yaxın zamanlarda bu sistem bütün ölkə üzrə tətbiq ediləcək»-deyə, İ.Məmmədov qeyd edib. 
Millət vəkili deyib ki, bütövlükdə ötən il bu sahə üçün də uğurlu olub. Ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri müasir tibbi avadanlıqlarla təmin edilib. Eləcə də kadr potensialı da yüksək səviyyədədir. Millət vəkili hesab edir ki, bu sahədə görülən işlər 2018-ci ildə də uğurla davam etdiriləcək.

 

 

DİGƏR Xəbərlər Arxiv