YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı sahibkarlar Hindistanda səhiyyə turizm konqresində iştiraka dəvət olunublar

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Hindistanda keçiriləcək səhiyyə turizm konqresində iştiraka dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, martın 2-3-də Hindistanın Bangalor şəhərində Beynəlxalq Səhiyyə Turizm Konqresi keçiriləcək. Əsas məqsəd hazırda səhiyyə sektorunda olan texnologiya və biznes problemləri mövzusunda müzakirə aparmaqdır. Konqres bir sıra tibbi turizm sənayesinin liderləri ilə qarşılıqlı fəaliyyət, sahibkarlara yerli və qlobal tərəfdaşlıq imkanı təklif edir. Tədbir, həmçinin farmakologiya şirkətləri, xəstəxanalar, tibbi turizm agentlikləri, sığorta şirkətləri, tibb texnologiyası istehsalı, sağlamlıq və qonaqpərvərlik sənayesi üçün əlverişli platforma olacaq.