YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Ölkəmizdə idmanın inkişafı davamlı xarakter daşıyır

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınmaqdadır». Bu fikri Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, bu gün  ölkəmizdə idmanın inkişafı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. 
«Ümumiyyətlə, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu kontekstdə ölkəmizdə dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğı sayəsində Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Ölkəmiz bu tədbirlərə çox yüksək səviyyədə ev sahibliyi edir ki, bu fakt bütün dünyada etiraf olunur»- deyə, A.Abiyev vurğulayıb.