YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Ötən il ölkəmiz İslam həmrəyliyinin güclənməsinə yönələn səylərini uğurla davam etdirib

«Bu gün İslam dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə daha çox ehtiyac var». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, İslam dünyası tarixən  bəşəriyyətə böyük mədəniyyət bəxş edib. Onun  sözlərinə görə, hazırda isə İslam coğrafiyasında kənar qüvvələrin təsiri ilə ziddiyyətli və arzuolunmaz proseslər gedir, ciddi sosial-iqtisadi fəsadlara yol açan kataklizmlər yaşanır.

«Məqsədli şəkildə aparılan  anti-İslam təbliğatı İslam ölkələrini gücdən salır, bu dinə süni şəkildə terror dini damğası vurmağa çalışır. Bu vəziyyət  İslam ölkələri arasında həmrəyliyi gücləndirməyi, terrorizmə “yox” deyən, insanları sülhə, barışa çağıran İslam dəyərlərinə sadiq qalmağı həyati zərurətə çevirib. Bu mənada, Azərbaycanın İslam ölkələri arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr xüsusilə təqdirəlayiqdir. Azərbaycan çalışır ki, İslam ölkələri arasında münaqişələr baş qaldırmasın, bu ölkələr qarşılıqlı təhdid şəraitində yaşamasınlar, onların potensialı rifaha, insanların həyat şəraitinin yaxşılaşmasına, etimad mühitinin dərinləşməsinə yönəldilsin. Ölkəmiz İslam həmrəyliyinin güclənməsinə yönələn səylərini 2017-ci ildə də uğurla davam etdirib. 2017-ci il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilib. Bütün bunlar İslam həmrəyliyinə xidmət edir»- deyə, N.Cəfərov vurğulayıb.