YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandan 10 xarici ölkəyə 13 ixrac missiyası təşkil olunub

İndiyədək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 10 xarici ölkəyə - Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanına 13 ixrac missiyası təşkil olunub.

Ötən il "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə 5 beynəlxalq sərgidə - "Gulfood 2017", "Prowein", "ANUGA", "Worldfood Moscow 2017" və "Honqkonq Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi"ndə ölkə sahibkarları vahid stendlə iştirak ediblər. Bu cür missiyalarda sahibkarlar öz potensiallarını nümayiş etdirmək imkanı da qazanırlar. Sahibkarlar rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verir və əməkdaşlıq imkanlarını müzakirə edirlər.