YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını daim hiss edir

«Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını daim hiss edir». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşdırılmasında gənclər təşkilatlarının üzərinə mühüm vəzifələr düşür.

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu və digər proqramlarda da vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və digər məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır. Gənclər bu proqramlardan uğurla faydalanırlar. Sevindirici haldır ki, Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bunun göstəricilərindən biri də gənclərə bağlı bir sıra proqramların qəbul edilməsidir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanır»- deyə, Ş.İsmayılov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv